Seçim qarşısında: Bahalı Veremko, ehtiyatda yatan Stamenkoviç və ya ucuz Zapata
05.06.2011 - 23:01
Bakının “Neftçi” klubu heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, milli oyunçu almaq iddiasını açıqlayan bakılılar ilk növbədə qapıçı almaq istəyindədir. Bu mövqeyə də komandanın 3 namizədi var.
Zapata daha ucuz olsa da, kölgədə qalıb. Onun son illər “Styaua”da sonra isə “Qalatasaray”da ehtiyatda qalması “Neftçi”ni qorxudur ki, oyun praktikasının olmaması ÇL-də başlarına bəla ola bilər.
Digər iki variant isə daha bahalıdır... Sözsüz ki, ad-san məsələsi, qitə kuboklarında oyun təcrübəsi baxımından belaruslu Sergey Veremko ən istənilən variantdır. Amma bu halda “Neftçi” qapıçının transferi üçün daha çox pul ödəməlidir və ya icarə əsasında onu heyətinə qatmalıdır. İş ondadır ki, Veremkonun bir neçə müştərisi var və artıq digərləri də hərəkətə keçib. Futbolçunun Ukraynanın digər klublarından da, Rusiya Premyer Liqasından da maraqlananlar var. Elə vətənində BATE də onu qaytarmaq istəyir. Futbolçunun BATE variantını istisna etməsindən sonra, “Neftçi” də onun bura gələcəyinə şübhə ilə baxır və başını ağrıtmaq istəmir. Axı BATE-dən imtina edən qapıçı nisbətən zəif kluba daha yüksək şərtlərlə keçə bilər.
Serbiyalı Stamenkoviçin də transferi üçün pul ödənməlidir. Amma fərq ondadır ki, Stamenkoviç “Neftçi”dən başqa heç kimə lazım deyil və bu transferi həyata keçirmək daha rahatdır. Həm də oyunçularını satmaqla qazanmaq praktikasına malik “Srvena Zvezda” da artıq 26 yaşlı qapıçının elə də perspektivli olmadığını anlayıb. Təsadüfi deyil ki, o ölkə çempionatının sonlarında qapıdakı mövqeyini legioner həmkarına - Boban Bajkoviçə uduzub və son on turda cəmi bir dəfə meydanda olub. Yeri gəlmişkən, bu da “Neftçi” üçün problemə çevrilə bilər. Çünki faktiki olaraq Stamenkoviç də son iki ayda (ÇL-in startına kimi bu müddət 3 ay yarıma çatacaq) oyun praktikasından əziyyət çəkir.
Bu isə klublarımızın Avropadakı uğursuzluğunun təsadüfi olmadığını göstərir. Hətta nəhənglərimiz transfer bazarında ciddi işlərə baş qoşmurlar və bir qayda olaraq lazımsız oyunçuları heyətlərinə qatırlar. Hətta qarşısına tarix yazmaq vəzifəsi qoymuş “Neftçi” belə ucuz oyunçu alacağı isə onların iddialarının üstündən xətt də çəkə bilər.
Daha bir fakt da var ki, Stamenkoviçlə Veremkonun transfer qiyməti təxminən eynidir. Sadəcə Veremko həmkarından daha çox əmək haqqı tələb edir. Bu da başadüşüləndir. Axı o, ehtiyatda “yatan” yox, bir neçə gün əvvəl Fransa kimi güclü rəqibdən 1 xal alan (1:1) Belarus yığmasının əsas qapıçısıdır.

0
0