Dünya çempionatının finalçıları Tofiq Bəhramovu ziyarətə gəlirlər
05.06.2011 - 16:23
1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının final oyununun iştirakçıları Azərbaycana gəlirlər. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Bakıya gələcək bir çox xarici qonaqların arasında ingiltərəli və almaniyalı futbol veteranları Ceff Herstlə Hans Tilkovski də olacaq. Onlar sabah saat 15:30-da Respublika stadionunun qarşısında Tofiq Bəhramovun abidəsini ziyarət edəcək, mərhum hakimin ailə üzvləri ilə xatirə şəkli çəkdirəcəklər.
Qeyd edək ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Herst olub. Həmin görüşdə Almaniya millisinin qapıçısı isə Hans Tilkovski olub.
Mənbə: affa.az

0
0