Ağayevin Rusiya çempionatında ilk darmadağını
05.06.2011 - 20:17
Ağayevin Rusiya çempionatında ilk darmadağını
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel” klubu Rusiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaspiysk təmsilçisi II divizionun Cənub zonasında VII turun matçına çıxıb. Həmyerlimizin başçılığı altında 3-cü görüşdə “Daqdizel” öz meydanında “Astraxan”ı qəbul edib. Rəqibini 5:2 hesabı ilə darmadağın edən kaspiysklilər mövsümdə ilk böyükhesablı qələbəni qazanıblar. Bu, həm də Ağayevin karyerasında ilk qələbə olub.

Qeyd edək ki, 7 oyuna 7 xal toplayan “Daqdizel” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.