“Çelsi”nin 10 nömrəsi apasport.az saytına danışdı
06.06.2011 - 09:00
İsrail milli komandasının kapitanı Yossi Benayun apasport.az saytına müsahibə verib. Londonun “Çelsi” klubunda 10 nömrəli formanı geyinən yarımmüdafiəçisi Avro-2012-nin seçmə mərhələsində Latviya yığması ilə səfərdə qazandıqları qələbədən sonra əməkdaşımızın suallarını cavablandırıb.
- Keçmiş postsovet məkanı təmsilçisinə qarşı oynamaq necə idi?
- İlk hissəni yaxşı səviyyədə keçirdik, oyuna nəzarət edirdik və 2 qol vurduq. İkinci hissədə boşaldıq ki, bunun da nəticəsində qol buraxdıq. Ancaq oyunu öz qapımızdan uzağa apardıq və bunun sayəsində üstünlüyümüzü qoruya bildik. Hərçənd, daha bir neçə dəfə qol vura bilərdik.
- Son vaxtlar İsrail yığmasının inkişafı göz qabağındadır. Nəhayət, bu seçmə mərhələdə Avropa çempionatının final mərhələsinə düşə biləcəksiniz?
- Latviya yığmasına qalib gəlməklə, mübarizəni davam etdirmək şansını saxladıq. İndi Xorvatiya, Yunanıstan və bizim aramızda şəxsi oyunlar çox şeyi həll edəcək. Kim daha çox xal yığsa, qrupda 1 və 2-ci yerləri tutacaq. Fikrimcə, bizim uğura bel bağlamağa tam əsasımız var.
- Latviya yığması ilə oyunun son dəqiqələrində az qala qol buraxacaqdınız...
- Çətin an idi. Allaha şükür ki, müdafiəçimiz rəqibin başla təhlükəli zərbəsini qaytara bildi.
- Həmin epizodda qapıya zərbə vuran futbolçu Azərbaycanda oynayan Ritus Kryauklis idi...
- Ola bilər, amma mən bunu bilmirdim.
- Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov da Azərbaycanda çalışır...
- Bax, bunu da bilmirdim (gülür). Deməli, Azərbaycan futbolunda yaxşı şərait var.
- Siz təsadüfən Bakıda olmamısınız?
- Yox. Ancaq Bakıya gedən tanışların oradan müsbət emosiyalarla qayıdıblar. Hətta mənə paytaxtınıza getməyi tövsiyə ediblər!
- Ölkəmizdə İngiltərə Premyer Liqasını, o cümlədən “Çelsi”nin oyunlarının maraqla izləyirlər...
- Əla! Qoy bizə azarkeşlik etsinlər (gülür).

0
0