“Real” 5 futbolçusunu transferə çıxardı
06.06.2011 - 12:19
“Real” 5 futbolçusunu transferə çıxardı
Madridin “Real” klubu növbəti mövsümdə heyətində görmək istəmədiyi futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu” 5 futbolçu ilə yollarını ayırmağa qərar verib.

Bunlar Lass Diarra, Kaka, Qaqo, Qaray və Pedro Leondur. “Real” bu futbolçulara müvafiq olaraq, 20, 40, 12, 10 və 8 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Diarranın “Fənərbaxça” transfer olunacağı bildirilir.