Yoahim Löv də Berti Foqtsun müdafiəsinə qalxdı
06.06.2011 - 12:30
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv həmyerlisi Berti Foqtsun müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, Löv yığmamızın baş məşqçisinə Bakıda keçirdiyi mətbuat konfransı zamanı hücum edilməsi ilə bağlı yayılan informasiyanı təəccüblə qarşılayıb.
Bu hərəkəti düzgün hesab etməyən almaniyalı mütəxəssis sabah Avro-2012-nin seçmə mərhələsində qonağı olacağı millimizin çalışdıran həmyerlisinin tərəfini saxlayıb: “Oyunun nəticəsindən asılı olmayaraq, məşqçiyə hücum edilməsi yolverilməzdir. Mən Foqtsa hücum edilməsi ilə bağlı xəbəri eşidəndə təəccübləndim”.
Qeyd edək ki, Foqts ona hücum edilməsi ilə bağlı məlumatı almaniyalı həmkarlarımıza – “Bild” qəzetinin əməkdaşına verib. 65 yaşlı mütəxəssis 3 nəfərin ona hücum edilməsi ilə bağlı polisə şikayət edərək, növbəti addımlarını şəxsi vəkili ilə müzakirə etdikdən sonra atacaq.

0
0