Mirça Rednik: Klubdan ayrılmaq üçün çemodanlarım hazır idi
06.06.2011 - 13:11
Mirça Rednik: Klubdan ayrılmaq üçün çemodanlarım hazır idi
“Azərbaycan kubokunun finalı ərəfəsində mənim çemodanlarım artıq hazır idi. Ölkə çempionu ola bilmədiyimiz üçün vətənə qayıtmağa hazır idim. Buna görə, kubokun qazanılması mənim karyeram üçün böyük əhəmiyyət kəsb etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Lənkərana səfər edən rumıniyalı həmkarlarımızdan biri 49 yaşlı mütəxəssis və komandası haqda xüsusi yazı hazırlayıb. O, Rednikin fikirlərinə də yer verib: “Kubokun finalı olmasaydı, çempionatın son turunun ertəsi günü Rumıniyaya qayıdardım. Lakin finala görə gözləməyi lazım bildim və yanılmadım. Lənkəran camaatı futbolu çox sevir. Komandamız onların bütün gündəlik qayğıları haqda pis təəssüratlarını, dərd-sərini unutdurur”.