“Xəzər Lənkəran”da 300 min avroluq hücumçu
06.06.2011 - 13:25
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” heyətini gücləndirmək yönündə daha bir addım atıb. Apasport.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, Mirça Rednik daha bir həmyerlisini komandasına gətirir.
Bu, 26 yaşlı hücumçu Kristian Buddur. ÇFR klubunda çıxış edən futbolçu ötən il vətənində “Qızıl dubl”a sevinib: həm çempion olub, həm kubok qazanıb.
Son il yarım ərzində oynadığı klubda 36 matça 9 qol vuran Bud əvvəlki komandası “Qaz Metan”ın da maraq dairəsində olub. Lakin bu klub onun üçün 300 min avro transfer haqqı ödəmək iqtidarında olmayıb. Əvəzində “Xəzər Lənkəran” futbolçunu ələ keçirib.

0
0