Löv: Azərbaycan millisi inadkar komandadır, heç kimə güzəştə getmir
06.06.2011 - 14:08
Löv: Azərbaycan millisi inadkar komandadır, heç kimə güzəştə getmir
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Azərbaycana səfər öncəsi milli komandamızı tərifləyib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcəyi yığmamız haqda xoş sözlər deyib.

Löv bildirib ki, Berti Foqtsun çalışdırdığı komanda rəqiblərinə güzəştə getməyərək, inadkarlığı ilə seçilir. O, ritorik sual da verib: “Əgər Bakıdakı oyundan sonra hesabımızda 21 xal olarsa, onda kim turnir cədvəlində qabaqda olacaq? Hesab edirəm ki, futbolçularım Azərbaycanda lazımı nəticə qazanmaq bacarığındadırlar. Mövsümün sonu olduğundan, bütün gücümüzü mobilləşdirməliyik. Türkiyə Bakıda qalib gələ bilmədi. Foqtsun komandası ümumilikdə çoxlu qol imkanları yaratmağa imkan vermir”.