Berti Foqts iyunun 7-də Almaniyaya uduzmur
06.06.2011 - 14:56
Avro-2012-nin seçmə mərhələsinin sabah keçiriləcək oyununun baş tutacağı tarix Almaniya milli komandası ilə müqayisədə Azərbaycan yığmasına düşərlidir. Apasport.az saytının məlumatına görə, 6-cı ayın 7-ci günündə komandamız məğlubedilməzdir.
İndiyədək bu tarixdə 1 matç keçirən millimiz 18 il əvvəl İranda keçirilən beynəlxalq turnirdə Qırğızıstanı məğlub edib – 3:2.
Bundestim isə iyunun 7-dəki 9 matçdan özü üçün kifayət qədər çox – 4-də xal itirib: 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət. Almaniyalıların 5 qələbəsindən də 3-ü yoldaşlıq oyunlarına təsadüf edib.
Özü də sonuncu dəfə onlar indi olduğu kimi Berti Foqtsun komandasının qonağı olub. 2003-cü il iyunun 7-də Şotlandiya yığmasını meydana çıxaran alman həmyerlilərindən 1 xal qoparıb – 1:1. Avro-2004-ün Şotlandiyadakı seçmə oyunundan 8 il sonra yenə iyunun 7-də Foqts həmvətənlərini qəbul edir.
Maraqlıdır ki, Almaniya yığması elə Foqtsun rəhbərliyi altında 2 dəfə iyunun 7-də meydana çıxıb. 1995-ci ildə Bolqarıstana uduzan (2:3) Bundestim 2 il sonra Ukrayna səfərindən qolsuz heç-heçə ilə dönüb.

- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır
- Nuri Şahindən "Fənərbaxça"ya dəstək – Qirassi üçün hərəkətə keçir
- İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO
- "Sabah" və "Fənərbaxça"nın matçları bu kanallarda: TV AFİŞA
- Frankovskidən "Qalatasaray" etirafı: "Həmin futbolçuları televizorda izləyirdim"
0
0