Qus Hiddink milli komandamızdan qisas ala bilməyəcək
06.06.2011 - 15:26
Türkiyə Futbol Federasiyası (TFF) baş məşqçi Qus Hiddinkin yığmadakı postunu tərk etmək istədiyini rəsmən təsdiqləyib. Apasport.az saytının məlumatına görə, TFF rəhbərliyi hollandiyalı mütəxəssisin Londonun “Çelsi” klubuna qayıdacağı ilə barışıb.
Hiddinkin vaxtilə baş məşqçisi olduğu bu komandadan aldığı cəlbedici təklifdən imtina edə bilmədiyi və bu üzdən gedəcəyi bildirilir. Sadəcə, əsas problem mütəxəssisin TFF ilə müqaviləsinin olmasıdır ki, bu məsələ ortaq məxrəcə gələcəyi gözlənilir.
Bununla da Hiddinkin milli komandamızla ev oyununa kimi postunda olmayacağı, Bakıdakı məğlubiyyətin (0:1) qisasını ala bilməyəcəyi demək olar reallaşıb. Hazırda qrupunda 3-cü yerdə olan, Avro-2012-ə çıxmaq şansı elə də yüksək olmayan Türkiyə yığması seçmə mərhələni bu ilin oktyabrın 11-də millimizlə ev oyunu bitirəcək.
Qeyd edək ki, Hiddink ötən ilin avqustun 1-dən Türkiyə yığmasına rəhbərlik edir. Onun 4 ay çalışdırdığı “Çelsi” ilə ən böyük uğuru 2009-cu ildə İngiltərə kubokunu qazanması olub.

0
0