Premyer Liqamızın iştirakçısı “cırtdan ölkə”də
06.06.2011 - 15:48
Premyer Liqamızın iştirakçısı “cırtdan ölkə”də
Sabah Avro-2012-nin seçmə mərhələsində bir sıra oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının Almaniya yığması ilə görüşəcəyi gün Avropada çox az oyun olacaq.

Oyunlar arasında elə də maraqlısı yoxdur. Yalnız İsveç ilə Finlandiya yığmaları arasında Skandinaviya derbisini nisbətən fərqləndirmək olar. Premyer Liqamızın iştirakçıları olan bir sıra futbolçular sabah rəsmi oyunlarda iştirak edəcəklər.

Estoniya yığmasının heyətində ötən cümə darmadağınla (0:3) üzləşən Bakının “İnter” klubunun sol cinah müdafiəçisi Dmitri Kruqlov bu dəfə “cırtdan ölkə” Farer adalarına səfər edib. Kruqlovun komandasının autsayderlə görüşdə qələbə şansları çoxdur. “Qarabağ”ın albaniyalı müdafiəçiləri Ansi Aqolli ilə Admir Teli yığmalarının heyətində isə Bosniya və Herseqovina ilə çətin səfər oyununa çıxacaqlar.


7 iyun

A qrupu
22:00. Azərbaycan – Almaniya

C qrupu
23:30. Farer adaları – Estoniya

D qrupu
22:00. Belarus – Lüksemburq
23:15. Bosniya və Herseqovina – Albaniya

E qrupu
23:00. İsveç – Finlandiya
23:30. San Marino - Macarıstan