45 il sonra Bakıda - FOTOSESSİYA
06.06.2011 - 17:02
45 il sonra Bakıda - FOTOSESSİYA
Azərbaycan futbolunun 100 illik yubiley tədbirinə dəvət olunan
ingiltərəli futbol veteranı Ceff Herst və almaniyalı futbol veteranı Hans Tilkovski bu gün Respublika stadionunun qarşısında Tofiq Bəhramovun abidəsini ziyarət ediblər. Apasport.az saytının məlumatına görə, onlar mərhum hakimin ailə üzvləri ilə xatirə şəkli çəkdiriblər.

Daha sonra Ceff Herst və Hans Tilkovski KİV nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Ceff Herst olub. 45 il əvvəlki həmin final oyununda isə Almaniya millisinin qapısını Hans Tilkovski qoruyub.

Mənbə: affa.az