“İnter” Türkiyəyə gedir
06.06.2011 - 17:31
“İnter” Türkiyəyə gedir
Bakının "İnter" klubunun mövsümlərarası fasilədəki hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin 2 təlim-məşq toplanışı olacaq.

İyunun 23-dən iyulun 11-nə qədər nəzərə tutulan ilk toplanışının məkanı da artıq məlumdur. "İnter"in ilk toplantısı Türkiyənin Isparta şəhərində keçiriləcək. Bakılılar şəhərin hava limanının 50 kilometr aralıqda yerləşən "Sirene Devras" otelində məskunlaşacaq.

Qeyd edək ki, bu təlim-məşq toplantının çərçivəsində bir neçə hazırlıq oyunların keçiriləcəyi planlaşdırılır. Bu oyunlarda komandanın rəqiblərin adları hələ dəqiqləşməyib.