“Neftçi” müayinədən keçəcək
06.06.2011 - 17:43
“Neftçi” müayinədən keçəcək
Bakının "Neftçi" klubunun futbolçuları istirahəti başa vurmaq üzrədir. Apasport.az saytının məlumatına görə, ağ-qaraların milli komandaların düşərgəsində olan futbolçulardan başqa üzvləri sabah klubun bazasında bir araya gələrək, iyunun 9-dək tibbi müayinədən keçəcəklər. İyunun 10-da "Neftçi" UEFA Çempionlar Liqasının 2011/12 mövsümünə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq. Qardaş ölkədəki təlim-məşq toplanışı ayın 22-dək davam edəcək. Hazırlığın ikinci mərhələsi isə iyunun 26-dan iyulun 5-dək Avstriyada olacaq. Təlim-məşq toplanışları zamanı komandamız bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Artıq Azərbaycan çempionunun legionerlərindən biri - Bahodir Nasimov Bakıdadır. 2010/11 mövsümündə 15 qolla "Neftçi"nin ən yaxşı bombardiri olmuş Nasimov sabahdan etibarən komanda ilə birgə hazırlığa qatılacaq.