“Milli komandamızın Almaniya ilə görüşdə yaxşı oynayacağına inanıram”
06.06.2011 - 18:26
“Bu gün Azərbaycanda möhtəşəm bir gündür. Futbolumuzun 100 illik yubileyini qeyd edirik. Bu tədbirlərdə iştirak etmək üçün dəvətimizi qəbul edən FİFA və UEFA prezidentlərinə gəldiklərinə görə minnətdarıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev bu gün FİFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platini ilə birgə keçirdikləri mətbuat konfransında deyib. Mətbuat konfransını giriş sözü ilə açan Abdullayev bu gün futbolumuzun 100 illiyi ilə bağlı yubiley tədbirlərində FİFA və UEFA prezidentlərinin iştirakını yüksək qiymətləndirib: “Biz həm dövlətimizin futbola qayğısını, həm də FİFA və UEFA səviyyəsində dəstəyi hissi edirik. Bu, həmişə yüksək səviyyədə olub. Buna görə Blatterlə Platiniyə minnətdarlığımızı bildirirəm”.
AFFA prezidenti Qazaxıstan yığmasına məğlubiyyətdən sonra Bakıya qayıdan milli komandamızla görüşərək, Almaniya ilə ev oyununda qarşıya vəzifə qoyub: “AFFA rəhbərliyi futbolçular qarşında vəzifə nə qoya bilər? Yaxşı oynamaq. Hər görüşdən əvvəl olduğu kimi yaxşı oyun, nəticə gözləyirik. Millimizin Almaniya ilə görüşdə yaxşı oynayacağımıza inanırıq”.
Qeyd edək ki, mətbuat konfransı bitəndən sonra Blatterin təşəbbüsü ilə Abdullayev və Platini ilə birgə xatirə şəkli çəkdiriblər. FİFA prezidenti AFFA başçısına xatirə hədiyyəsi də təqdim edib.
Mehman SÜLEYMANOV

0
0