Fatih Terim yubileyə gəlmədi
06.06.2011 - 20:46
“Buta Palace”də Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir. Apasport.az saytının məlumatına görə, mərasimin təşkilatçısı olan AFFA tədbirə bir sıra məşhur qonaqlar dəvət etsə də onlar arasında Bakıya gəlməyənlər də olub. Belə ki, türk futbolunun əfsanəvi məşqçisi Fatih Terim “Buta Palace”yə təşrif buyuranlar sırasında yoxdur. Lakin bu başadüşüləndir. Çünki Terim hazırda o qədər də yaxşı günlərini yaşamayan “Qalatasaray” klubunu dirçəltmək üçün islahatlar aparmaqla məşğuldur.
0
0