Azərbaycandakı dünya çempionatının emblemi təqdim olundu
06.06.2011 - 20:52
Azərbaycandakı dünya çempionatının emblemi təqdim olundu
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının loqotipi təqdim olunub. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunan və “Buta Palace”də baş tutan tədbir çərçivəsində baş tutan təqdimat Yozef Blatterin çıxışı ilə əlamətdar olub. Yarişin rəsmi emblemi isə “Sarı gəlin” mahnısının sədaları altında təqdim olunub. Emblemin üzərində top və buta əks olunub.