“Azərbaycan yığmasının Almaniyaya müqavimət göstərəcəyinə inanmıram”
06.06.2011 - 23:03
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün ölkəmizə təşrif buyurmuş qonaqlar arasında ingiltərəli futbol veteranı Ceff Herst də var. Apasport.az saytının xəbərinə görə, 1966-ci ildə keçirilən futbol üzrə dünya çempionatının finalında çıxış etmiş və mübahisəli qolun müəllifi olan futbolçu dünən Respublika stadionunda Tofiq Bəhramovun abidəsini ziyarət edib.
Veteran futbolçu mərhum həmyerlimizi ən güclülərdən hesab etdiyini deyib: “Artıq bir neçə dəfə bu abidəni ziyarət etmişəm. Əvvəllər biz bura gələn vaxt hava çox soyuq idi. Bakıya yağış, qar yağırdı. İndi hava çox xoşdur və bu dəfə ziyarətimiz uğurlu alındı. Tofiq Bəhramov dahi hakimdir. Düzdür, 1966-cı ilin dünya çempionatının finalında çox şey ola bilər. Ancaq bu Bəhramov haqda düşüncələrimizə təsir etmir. O, çox böyük hakim olub”.
Bu gün keçiriləcək Azərbaycan – Almaniya oyunu haqda da danışan ingiltərəli futbolçu Almaniyanın uduzacağını ağlına belə gətirmədiyini qeyd edib: “Dünya reytinq cədvəlinə diqqət yetirsək, hər iki komanda arasında kəskin fərqin olduğunu görəcəyik. Bu fərq oyun zamanı da özünü göstərəcək. Almaniya çox güclü komandadır. Onlar təsnifat mərhələsini bir nəfəsə keçirlər. Müqavimət göstərəcəyinizə inanmıram. Təsadüfi deyil ki, almanlar 6 oyundan maksimum nəticə qazanıblar”.
Xatırladaq ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Ceff Herst olub.

0
0