DÇ-2014-ün püşkündə səbətlərin tərkibi iyulda açıqlanacaq
07.06.2011 - 09:32
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Avropadan olan milli komandaların səbətlərə bölünməsi iyulun sonunda gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsinin martın 21-də baş tutan iclasından sonra dünya mətbuatında səbətlərin tərkibi açıqlansa da, bütün bunlar reallıqdan uzaq imiş.
Belə ki, səbətlərin tərkibi FİFA-nın iyul ayındakı reytinqi açıqlandıqdan sonra dəqiq bilinəcək. Bu, yarışın təşkilat komitəsinin iclasından sonra dəqiqləşəcək.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin püşkü iyulun 30-da Rio-de-Janeyroda atılacaq.

0
0