Filip Lam: Azərbaycan yığmasına qalib gəlmək asan olmayacaq
07.06.2011 - 10:10
Filip Lam: Azərbaycan yığmasına qalib gəlmək asan olmayacaq
“Baş məşqçiləri almaniyalı olan milli komandaların görüşü həmişə çətin keçir. Üstəlik, Berti Foqstun komandası ilə görüşdə”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya millisinin kapitanı Filip Lam deyib.

Avro-2012-nin seçmə mərhələsində bu gün Bundestimi millimizlə oyuna kapitan kimi çıxaracaq müdafiəçi Berti Foqts amilinə xüsusilə toxunub. Lamın fikrincə, rəqibin “sükanı arxası”nda həmyerlisi Foqtsun olması oyuna əlavə rəng qatır: “Foqts 1996-cı ildə Almaniya yığmasına Avropa çempionluğunu qazandırıb. Biz Azərbaycana 3 xal üçün gəlmişik. Ancaq qalib gəlməyimiz asan olmayacaq”.