FİFA və AFFA prezidentləri İçərişəhərdə - FOTO
07.06.2011 - 10:59
Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən yubiley tədbirində iştirak etmək üçün ölkədə səfərdə olan FİFA prezidenti Yozef Blatter Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olub. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən apasport.az saytına verilən məlumata görə, qonağı AFFA prezidenti Rövnəq Abdullayev müşayiət edib.
Onlar öncə Qız Qalasında olublar. Yozef Blatter Almaniya-Azərbaycan matçında öz komandalarını dəstəkləməyə gələn alman və yerli futbol azarkeşləri ilə xatirə şəkli çəkdirib.
Daha sonra Y. Blatter A. Zeynallı küçəsində yerləşən XV əsrdə tikilmiş və Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmiş İkimərtəbəli Karvansara barədə məlumatlandırılıb.
FİFA prezidenti İçərişəhərin ən qədim məscidlərindən biri olan 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olub.
Sonda Yozef Blatter ötən il bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub, burada ona və nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edilib.

0
0