Mirça Rednik: Problemim azərbaycanlı futbolçularla bağlıdır
07.06.2011 - 11:34
Mirça Rednik: Problemim azərbaycanlı futbolçularla bağlıdır
“Komandada əla maaş alıram. Lakin bu, mənim üçün heç də ən vacib olan məsələ deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

49 yaşlı mütəxəssis Rumıniya mətbuatına müsahibəsində transferlərlə bağlı yubanmalarından narahat olduğunu bildirib: “Problemin yerli, azərbaycanlı oyunçularla bağlıdır. Mən 3 futbolçu ilə müqavilə bağlanmasını istəsəm də, hələlik bu məsələ yubanır. Azərbaycanda isə ən azı 3 yerli futbolçu ilə meydanda olmalısan. Mənə lazım olan sayda yerli oyunçu olmasa, komanda qura bilmərəm. Yalnız bu məsələnin həllini istəyirəm”.

Qeyd edək ki, Azərbaycan kubokunun qalibi olan “Xəzər Lənkəran” Avropa Liqasına II təsnifat mərhələsindən başlayacaq.