“Topaz”la daha 2 nəfər zənginləşdi - FOTO
07.06.2011 - 12:51
“Topaz”la daha 2 nəfər zənginləşdi - FOTO
“Topaz” ötən həftənin ən böyük uduşlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu dəfə 2 proqnozsevər əmanətini artırmağa nail olub.

Onlardan 1-i fora ilə 2 oyuna 100 manat pul qoyuluşu edib və 3500 manat gəlir götürüb. Digər xoşbəxt də fora ilə irəli düşüb. Lakin o, 3 görüşə 400 manat “stavka” edib və proqnozları düzgün çıxıb. Nəticədə həmin şəxs “Topaz”dan 3840 manat qazanc götürüb.