Roman Abramoviç “Qalatasaray”a söz verdi
07.06.2011 - 13:48
“Qalatasaray” xeyli müddətdir əl çəkmədiyi afrikalı futbolçu Didye Droqbanın keçidini həll etmək üzrədir. Apasport.az saytının məlumatına görə, “Cim Bom” rəsmiləri Droqbanın 7 ildir oynadığı “Çelsi”nin sahibi Roman Abramoviç və bu klubun inkişafında böyük rol oynayan Peter Kenyonla görüş keçirib. Kenyon rusiyalı milyarderin Didyeni satmaqla bağlı razılığa gətirdiyi bildirib.
Abramoviç 33 yaşlı hücumçunun “Qalatarasar”a keçidinə imkan yaradacaqlarına söz verib: “Yeni baş məşqçimizin Didyeni düşünəcəyini hesab etmirəm. Hesab edirəm ki, Droqbanı satacağıq və öncəliklə “Qalatasaray”a verəcəyik”.

0
0