Azərbaycan yığmasının üzvləri Ukrayna çempionu oldular
07.06.2011 - 15:03
Azərbaycan yığmasının üzvləri Ukrayna çempionu oldular
Futzal üzrə Ukrayna çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, final mərhələsinin 5-ci oyununda səfərdə “Energiya”nı 2:1 hesabı ilə məğlub edən “Uraqan” seriyada 3:2 hesabı ilə qalib gəlib.

Bununla, komanda Ukrayna çempionu adını qazanıb. Çempionun uğurlarında Azərbaycan milli komandasının 2 üzvünün də xidmətləri böyük olub. Bunlar milliləşən braziliyalılar Biro Jade və Serjaodur. Onlar komandalarını çempionluğa daşıyıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Araz”da oynamış, lakin milliləşməyən Renatinyo da Ukrayna çempionu olub.