Millimizin üzvü Lionel Messiyə bərabər tutuldu
07.06.2011 - 15:19
“Buyurun, kim çempion oldu? 3 braziliyalı! Həlledici matçı götürsək, təkcə birisi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Energiya” futzal klubunun baş məşqçisi Stanislav Qonçarenko deyib.
O, ölkə çempionatının pley-off mərhələsinin final seriyasının son matçından sonra “Uraqan”ın çempionluğu haqda danışıb.
Qonçarenko Azərbaycan milli komandasının futzalçıları Serjao və Biro Jade, həmçinin Naxçıvan “Araz”ında onlarla çiyin-çiyinə oynamış digər braziliyalı Renatinyonu agızdolusu tərifləyib: “Siz bilirsiniz Ukrayna futzalında ən ağıllı adam kimdir? “Uraqan”ın prezidenti Bunen! O, 3 braziliyalı legioner gətirdi. Bu braziliyalılar da çempionatın qalibi oldular. Uduzan mənim komandam deyil, Ukrayna futzalı oldu. Cəmi 3 legioner gəldi və çempion oldu. Sabah onlar çıxıb Azərbaycana gedəcək, bəlkə də başqa yerə”.
Qonçarenko final seriyasının son oyununda vurduğu 2 qolla (2:1) çempionatın taleyini həll edən Serjaonu bu idman növü üçün fövqəl ulduz sayır: “Barselona” ilə oyunlardan sonra Mirça Luçesku belə demişdi ki, onların heyətində Messi var. Mən də bunu demişəm: Onların Serjaosu var. Bizim komanda da bu problemin qarşısını ala bilmədi. “Uraqan” layiq olduğu çempionluğunu qazandı”.

0
0