Ukraynada Azərbaycan küləyi əsdi - FOTOSESSİYA
07.06.2011 - 16:00
Azərbaycan futzal millisinin üzvü Serjao Ukrayna çempionatının ən yaxşılarından biri olub. Apasport.az saytının məlumatına görə, “Uraqan” klubunun milliləşən braziliyalısı final seriyasının son qarşılaşmasında vurduğu 2 qolla (2:1) həm komandasını çempion edib, həm də yarışın bombardiri adına sahib çıxıb. Serjao mövsümü hamıdan çox – 27 qolla bitirib.
Maraqlıdır ki, o, çempionatın 22 turunda vur-tut 8 qol vurmuşdu. Digər 19 qolu pley-offun 1/4, 1/2 və final seriyalarında vuran braziliyalı “Energiya” ilə son 5 görüşdə 9 dəfə fərqlənib.
Maraqlıdır ki, o, çempionatın 22 turunda vur-tut 8 qol vurmuşdu. Digər 19 qolu pley-offun 1/4, 1/2 və final seriyalarında vuran braziliyalı “Energiya” ilə son 5 görüşdə 9 dəfə fərqlənib.
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
0
0