Fan-klublardan milli komandamıza dəstək!
07.06.2011 - 16:39
Azərbaycan fan-klubları azarkeşləri milli komandamızın bu gün Avro-2012-nin seçmə mərhələsində Almaniya yığması ilə çətin oyunda dəstəkləməyə çağırıblar. Apasport.az-ın məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən müxtəlif fan-klubların nümayəndələri AFFA-nın rəsmi saytına açıqlamalarında millimizi dəstəkləyəcəklərini bildiriblər.
Onların fikrincə, Qazaxıstana məğlubiyyətdən sonra millimizə arxa çevirib, futbolçularımızı ruhdan salmaq mənasızdır və bugünkü vacib görüşdə bir yumruq kimi birləşib, komandamızı sona kimi dəstəkləmək lazımdır.
Millimizin futbolçularına müraciətdə daim onların tərəfində olduqları bildirilib. AFFA rəhbərliyinə fan-kluba pulsuz bilet verməklə, öz dəstəyini nümayiş etdirməsi, futbolumuza rəhbərlik edən şəxslərin öz işlərini bilmələri qeyd olunub.
Azarkeş amilini vacibliyini bildirən fan-klublar bayraq, şərflərlə “silahlanaraq”, 90 dəqiqə dəstəklərini nümayiş etdirəcəklər.

0
0