Filip Lamdan səviyyə fərqi
07.06.2011 - 23:01
“Mən hələ oyundan öncə də demişdim ki, Bakıda bizim qələbə qazanmağımız asan olmayacaq. Hesab edirəm ki, komandanız bacardığını etdi”. Bu sözləri apasport.az saytına açıqlamasında AVRO-2012-nin seçmə mərhələsində millimiz üzərində qazanılan qələbədən (3:1) sonra Almaniya yığmasının futbolçusu Filip Lam deyib.
Bundestimin kapitanı bildirib ki, Azərbaycan yığması ilk yarıda təhlükəli vəziyyət yaratsa da, istəyinə çata bilməyib: “Rəqibin birinci hissədə fərqlənmək üçün şansı oldu. Hiss olunur ki, komandanız hələ gəncdir, ustalıq səviyyələri hələ yüksək səviyyədə deyil. Qol vurmağa çalışdılar, buna nail olsalar da, sonda daha bir qol vurub qələbəni biz qazandıq. Artıq qazandığımız bu qələbə ilə Avropa çempionatının final mərhələsinə bir qədər də yaxınlaşdıq”.
Qeyd edək ki, keçirdiyi 7 oyunun hamısında qələbə qazanan Almaniya millisi qrupda ən azı ikinci yeri özü üçün təmin edib

0
0