Almanlardan almanlara qədər və ya qırılan 657 günlük seriya
08.06.2011 - 13:40
Bu il ilk ev oyununu Avro-2012-nin seçmə mərhələsində Almaniyaya qarşı keçirən Azərbaycan millisinin Bakıda 657 günlük seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız 20 aylıq fasilədən sonra doğma divarlar arasında uduzdu.
Bu, Foqtsun 1996-cı ildə Avropa çempionu etdiyi Almaniya yığması ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə 1:3 hesablı məğlubiyyət oldu.
Maraqlıdır ki, komandamız Respublika stadionunda sonuncu dəfə də Bundestimə 2 top fərqi ilə yenilmişdi. Fərq ondadır ki, 2009-cu ilin avqustun 12-də 0:2 hesabı ilə uduzduğumuz həmin oyun DÇ-2010-un, 2011-ci ilin iyunun 7-də 1:3 hesabı ilə yenildiyimiz matç Avro-2012-in seçmə mərhələ görüşü idi.
Ancaq Bundestimlə debüt oyunumuz millimizin evdə son məğlubiyyəti deyildi. Məsələ ondadır ki, həmin matçdan sonra öz meydanımızda Finlandiya yığması ilə rəsmi oyunda görüşmüşdük. Sadəcə, 2009-cu ilin sentyabrın 5-də baş tutan həmin matç Bakıda yox, Lənkəranda keçirilib və 1:2 hesablı məğlubiyyətimizlə nəticələnib. Bu isə 633 gün öncə olub.
Millimiz 2008-ci ilin aprelindən Foqtsun rəhbərliyi altında keçirdiyi 36 oyunun yalnız 10-nu evdə keçirib. Foqts həmin görüşlərin 1-də qalib gəlib, 4-də bərabərliyə qalıb, 5-də uduzub.
65 yaşlı almaniyalı mütəxəssis ölkəmizdə ilk məğlubiyyətini də Respublika stadionunda alıb. Bu, 2009-cu ilin iyunun 9-da həmin vaxt Avropa çempionu kimi Bakıya gələn İspaniya yığması ilə yoldaşlıq görüşündə olub – 0:6. Bu, həm Foqtsun millimizdə, həm də yığmamızın evdə ən ağır məğlubiyyətidir.
Mehman SÜLEYMANOV

0
0