Qurban Qurbanov meydana çıxıb qələbə qazandı
10.06.2011 - 08:38
Qurban Qurbanov meydana çıxıb qələbə qazandı
Ağdamın “Qarabağ” klubu 2011/12 mövsümü ərəfəsində ilk təlim-məşq topanışına başlayıb. Apasport.az saytının məlumatına görə, 3 həftə sonra Avroliqanın ilk turunda meydana çıxacaq komanda Bakıda 3 günlük məşqləri başa vuraraq Türkiyəyə yola düşüb. Səfərə Bakı – Ankara reysiylə yollanan ağdamlılar Türkiyə paytaxtından 80 km məsafədə yerləşən Qızılcahamam bölgəsinə yollanan “Qarabağ” 5 ulduzlu “Patalya” otelində məskunlaşıb.

Müəyyən səbəblərdən Ağdam təmsilçisi təlim-məşq toplanışına cəmi 12 futbolçuyla yollanıb. Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, Nderim Nedzipi, Namiq Yusifov, İlqar Qurbanov, Qara Qarayevlə yanaşı icarədən geri dönən Osman Umarov, Tural İsgəndərov, Murad Səttarlı, həmçinin əvəzedici heyətdən Elgiz Kərəmli və Kamil Hüseynov hazırlıqlarda ilk gündən iştirak edən futbolçulardır. Millilərin düşərgələrində olma səbəbindən 11 futbolçu isə bir az gec düşərgəyə qoşulacaq. Andrey Rubin, Ansi Aqolli və Admir Teli İyunun 12-si, Fərhad Vəliyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Maksim Medvedev, Vüqar Nadirov, Rauf Əliyevdən fərqli Georgi Adamiya iyunun 13-də komandanın düşərgəsinə qoşulacağı dəqiqləşib.

“Qarabağ” artıq Türkiyədə ilk məşqinə də çıxıb. Baş məşqçi Qurban Qurbanovun qısa nitqindən sonra futbolçulara çalışmaya başlayıb. Daha çox gücləndirici hərəkətlərə üstünlük verildiyi məşqin sonunda gənclər və təcrübəlilər 2 qrupa bölünərək 2 toxunuşla futbol oynayıblar. İlk yarıda Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, İlqar Qurbanov, Nedzipinin komandası 4:0 öndə olsa da, 2-ci hissədə “qoca”ların heyətində məşqçilərdən Elçin Rəhmanov, gənclərdən isə Qurban Qurbanovun oyuna daxil olması vəziyyəti köklü sürətdə dəyişib. Belə də, baş məşqçinin komandası 1 top fərqiylə qələbə qazanıb.

Mənbə: qarabagh.com