Ramiz Məmmədov: Akimdən bizi vəzifəmizdən azad etməyi xahiş etdik
13.06.2011 - 09:44
“İlk növbədə uğursuz oyuna görə üzr istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov deyib.
Ötən qış fasiləsində bu komandanın “sükanı arxası”na keçən 43 yaşlı çalışdırıcı son turda evdə çempion “Tobol”a 0:2 hesabı ilə uduzub. Məmmədovun sözlərinə görə, hələ bu görüşdən öncə istefa verib getmək istəsə də, rəhbərlik bunu qəbul etməyib: “Onu deyim ki, Astanadan qayıdandan sonra biz vilayətin Akiminin qəbulunda olduq. Ondan bizi vəzifəmizdən azad etməyi xahiş etdik. Bu gün sadəcə, komandanı oyuna çıxarmalı olduq. Biz istəyirdik, çalışırdıq. Ancaq müxtəlif səbəblərdən çox şey bizdə alınmırdı. Bu, futboldur, oyundur, öz qanunları var. Bir daha gözəl Atırau şəhərinin azarkeşlərindən üz istəyirəm”.
Qeyd edək ki, Məmmədov debüt mövsümündə uğursuz çıxışa görə istefa versə də, klub bununla əlaqədar rəsmi məlumat vermir.

0
0