“Neftçi” klubunun qapıçısı ən yaraşıqlı cütlüklər sırasında
14.06.2011 - 09:43
“Neftçi” klubunun yeni transferi Saşa Stamenkoviç növbəti tituluna iddia edir. Apasport.az saytının məlumatına görə, 26 yaşlı qapıçı həyat yoldaşı Silviya Nedelkoviçlə birlikdə Serbiyanın ən yaraşıqlı idmançı cütlüyü adına namizədlər sırasındadır.
“SS” (Saşa-Silviya) cütlüyü həmkarlarımızın oxucuların ixtiyarına buraxdığı səsvermədəki 10 iddiaçı arasındadır. Bu namizədlərin hər birində cütlükdən ən azı biri idmançıdır. “Neftçi”nin ucaboy qapıçısının xanımı isə Serbiya telekanalları ilə yayımlanan şounun iştirakçılarından biridir.

0
0