Zlatinovların fərqi
14.06.2011 - 09:54
Bakının “İnter” klubunun bolqarıstanlı futbolçusu Petar Zlatinov atasından güclü sayılıb. Apasport.az saytının məlumatına görə, Petarın atası Xristo Zlatinov bu soyadı daşıyan 3 futbolçunu müqayisə edib. Bu, özü, Petar və kiçik oğlu Vladislav arasında olub.
Ata Zlatinov Pepi adlandırdığı oğlunu aralarında ən yaxşı futbolçu sayır: “Şübhəsiz ki, aramızda ən tanınmışı böyük oğlum Pepidir. Onun futbol karyerası ən uğurlu olub. MOİK-lə Bolqarıstan, Minsk “Dinamo”su ilə Belarus, “İnter”lə Azərbaycan çempionluğunu qazanıb. İndi də orada çıxışı davam etdirir. Kiçik oğlum Vladislavın da işləri yaxşı gedir. Hazırda vətəndə “Beroe” klubunda oynayır. Orada onu qiymətləndirirlər və ondan razıdırlar”.
Qeyd edək ki, 50 yaşlı Zlatinov karyerası boyu vətənində “Pirin” (Blaqoevqrad), “Lokomotiv” (Sofiya), “Slaviya”, həmçinin Fransada “Amyen” klubunda oynayıb. Ondan 20 yaş kiçik olan Petar isə 2008-ci ilin qışında oynadığı “İnter”in heyətində 2 dəfə Azərbaycan çempionu olub.

0
0