Emil Mpenza: Azərbaycanı layiqincə təmsil edəcəyik
14.06.2011 - 15:09
“Çempionlar Liqası mötəbər turnirdir. Mən İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası kimi çempionatlarda iştirak etmişəm”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Neftçi” klubunun hücumçusu Emil Mpenza deyib.
Belçikalı futbolçu “ağ-qaralar”ın rəsmi saytına verdiyi açıqlamada bildirib ki, ölkə çempionatları ilə müqayisədə Çempionlar Liqası tam fərqli marafondur: “Çempionlar Liqası çox fərqli yarışdır. Buna görə də çox xoşbəxtəm ki, Avropanın ən böyük klub turnirində mübarizə aparacağıq. Çalışacağıq ki, “Neftçi”ni və Azərbaycanı layiqincə təmsil edib, azarkeşlərə sevinc hisləri bəxş edək”.
Qeyd edək ki, “Neftçi” hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirir.

0
0