Vəli Qasımov komandasını Sumqayıta aparır
14.06.2011 - 15:13
Vəli Qasımov komandasını Sumqayıta aparır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq növbəti toplanışının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri iyunun 16-dan 19-a qədər bir araya gələrək hazırlıq keçəcək. Komandamızın təlim-məşq toplanışı Sumqayıtda baş tutacaq. Yığma məşqləri Mehdi Hüseynzadə adına stadionda keçirəcək.

Mənbə: affa.az