“Lap 1 milyon aldım, oynamıramsa, nə xeyri var?”
14.06.2011 - 15:23
“Adım müxtəlif klubların ətrafında hallansada, hələ heç birinə keçməmişəm. Mənim “Gəncə” ilə müqaviləm bitib və azad agent statusuna malikəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında ötən mövsümü “Gəncə” klubunda keçirən Ceyhun Sultanov deyib.
İndiyədək müxtəlif klublarımızda, həmçinin milli komandamızda oynamış 32 yaşlı yarımmüdafiəçi bir çoxlarından fərqli, adının boş yerə reklam olunmasını istəmir: “Biri “Bakı”ya, digəri “Qarabağ”a, o biri isə “İnter”ə keçməyimdən yazır. Ancaq əslində, bunların heç biri həqiqətəuyğun deyil. Hansı klubla danışdığımı ən yaxşı özüm bilirəm. İstəmərəm ki, adım danışıq aparmadığım klubun ətrafında hallansın. Bu zaman həmin klub rəhbərləri başqa cür fikirləşə bilərlər. Nə vaxt ki, razılığa gəldiyim klubla müqaviləyə qol çəkəcəyəm, onda keçidim dəqiqləşəcək. Yoxsa indidən hansı kluba transfer olunduğumu demək düzgün olmazdı”.
Sultanov bildirib ki, tələsməyə ehtiyac görmür: “Transfer pəncərəsi” 5 gündür açılıb. Hələ bunun bağlanmasına çox var. Yəqin ki, 1 həftəyə taleyimə aydınlıq gələr. Mənimlə maraqlananlar var. İki variantı nəzərdən keçirirəm. İlkin danışığım olub, ancaq hələ müqavilə ilə bağlı qərar verməmişik. Elə şərtlər var ki, məni qane etmir. Klubla müqaviləni müzakirə edəndə, futbolçunun şəxsi istəyi də rol oynayır”.
“Xəzər Lənkəran”dan daha çox ehtiyatda qaldığı üçün getməli olan yarımmüdafiəçi “Gəncə”də əsas heyət oyunçusu oldu. Ceyhun klub seçimində ciddi götür-qoy edir: “Mən ilk növbədə oynamaq istəyirəm. Lap 1 milyon pul aldım, ehtiyatda otururamsa, bunun nə xeyri var? Oynamamaq futbolçu üçün pisdir. Ona görə də keçəcəyim klubda ehtiyatda qalmaq istəmirəm. Mənim futbolçu karyeramda 2-3 ilim qalıb. Bunu da oynayıb, getmək istəyirəm. Deyilənə görə, “Gəncə” də növbəti mövsümdə iddialı olacaq. Bu, yaxşı haldır. Gəncədə oynamaq rahat idi. Ora da böyük bir şəhərdir, problemim yox idi. Ola bilsin ki, karyeramı elə burada davam etdirdim. Klubla müqaviləni uzadaraq, qayıtmağım istisna deyil”.
Mehman SÜLEYMANOV

0
0