Rauf Əliyev 1 ay sonra yüngül məşqlərə başlayacaq
14.06.2011 - 16:13
Ağdamın “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev Türkiyəyə yollanıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, milli komandamızın iyunun 3-də Qazaxıstan yığması ilə səfər oyununda zədələnərək, uzun müddətə sıradan çıxan 22 yaşlı hücumçu İstanbula gəlib. Müayinə nəticəsində Raufun ən azı 2 həftə burada qalacağını müəyyənləşib. Həmin müddətdə həkim nəzarətində olacaq futbolçu ardından “Qarabağ”ın düşərgəsinə yollanaraq, zədəsinin sağalmasını gözləyəcək. Bu müddət 10-15 gün davam edəcək və Rauf təxminən 1 ay sonra yüngül məşqlərə başlayacaq. İstənilən halda, hücumçu Avroliqanın I təsnifat mərhələsinin oyunlarında “Qarabağ”a kömək edə bilməyəcək.
Avroliqaya hazırlığını Türkiyədə davam etdirən ağdamlılar təlim-məşq toplanışının 6-cı gününü bir məşqlə keçirib. Saat 10:30-da start götürən çalışma 2 saata yaxın davam edib. Öncə 3 qrupda “kvadrat” oynayan futbolçular ardınca gücləndirici hərəkətlər yerinə yetiriblər. Sonra meydanın fərqli hissələrində topla müəyyən təmrinlər yerinə yetirən “Qarabağ”ın məşqi beləcə başa vurub. Millimizin futbolçuları “kvadrat” oynadıqdan sonra müəyyənləşdirilmiş nəbzlə 2 dəfə kross qaçmaqla kifayətləniblər. Komandanın sabaha 2 məşqi nəzərdə tutulub.

0
0