“Onlar əllərindən gələni əsirgəmədilər”
17.06.2011 - 08:17
“Turnirin qalibi olduğumuz üçün çox xoşbəxtik. Futbolçularımız bütün varlığı ilə mübarizə apardı, qələbə qazanmaq üçün əllərindən gələni əsirgəmədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçular arasında təşkil olunan “Caspian Cup” turnirinin qalibi olan Türkiyə yığmasının baş məşqçisi Tahir Karapınar deyib.
Ölkəsinin U-16 yığmasını çalışdıran mütəxəssis azərbaycanlı azarkeşlərin dəstəyindən məmnun qalıb: “Azərbaycanlı azarkeşlərin bizə dəstək olması çox xoş idi. “Eurovision” musiqi yarışında Türkiyə bayrağını yüksəltməklə bizə qürur hissi yaşatdınız. Bu gün biz də qələbədən sonra Azərbaycan bayrağını dalğalandırmaqla azəri qardaşlarımıza eyni qüruru yaşatmaq istədik. Bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.

0
0