“Türkiyə yığmasını qələbə münasibətilə təbrik edirəm”
17.06.2011 - 08:30
“Ümumilikdə, oyun bərabər səviyyədə keçdi. Hər iki komandanın fərqlənmək üçün şansları oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniyanın 16 yaşlılardan ibarət yığma komandasının (U-16) Santyaqo Denia deyib. Bakıda başa çatan “Caspian Cup” beynəlxalq turnirini 2-ci yerdə bitirən ispanlar oyun sonrası penaltilərdə uduzdu – 3:4. Denianın 0:0 hesabı ilə nəticələnən əsas vaxtda qol vurmağın vacibliyini bildirib: “Birinci hissədə yaratdığımız qol imkanlarından istifadə etsəydik, bəlkə də nəticə fərqli ola bilərdi. Fasilədən sonra Türkiyə yığması daha yaxşı oynadı. Penalti zərbələrində də üstün tərəf rəqibimiz oldu. Türkiyə yığmasını turnirin qalibi olması münasibətilə təbrik edirəm”.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0