Legioner limiti dəyişdirildi
17.06.2011 - 09:17
Legioner limiti dəyişdirildi
Türkiyə Futbol Federasiyası (TFF) legioner limitində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, bəzi klublar limitin ləğvinin tərəfdarı olsa da Mahmut Özgənərin başçılıq etdiyi İcraiyyə Komitəsi fərqli qərar qəbul edib. Belə ki, qarşıdakı mövsümdə də 10 əcnəbi sifariş edə biləcək, lakin hər oyunda bunların 8-nin xidmətindən yararlana biləcək Superliqa klubları 2012/13 mövsümündən başlayaraq heyətini “6+2” sisteminə uyğun qurmalı olacaq. Lakin prezident postundan istefa verən Özgənərin xələfinin quracağı yeni rəhbərliyin bu qaydanı dəyişəcəyi də istisna olunmur.

TFF aşağı dəstə ilə bağlı mövcud qaydanı isə dəyişməz saxlayıb. 23 yaşı tamam olmayan 3 əcnəbiyə heyətində yer verə bilən Bank Asiya I Liqa klubları Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan olan 2 futbolçunu da transfer edə bilər.