Klublarımızın “Uembli” və “Amsterdam Arena”ya gedən yolu
17.06.2011 - 09:22
UEFA 2012/13 mövsümündə Çempionlar Liqası (ÇL) və Avroliqanın final oyununun keçiriləcəyi stadionları müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun prezidenti Mişel Platini 2013-cü ildə ən nüfuzlu turnirin həlledici görüşün Londonda məşhur “Uembli” stadionunda keçiriləcəyini bildirib. Bu, onunla əlaqədar olub ki, 2013-cü ildə İngiltərə Futbol Assosiasiyası 150 illik yubileyini keçirəcək. Onun dünyada ən yaşlı futbol assosiasiyası olması seçimdə nəzərə alınıb. Maraqlıdır ki, ÇL-də son final oyunu da məhz “Uembli”də keçirildi və “Barselona” “Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gəldi.
UEFA 2 il sonra Avroliqanın final matçının Hollandiyanın paytaxtı Amsterdamda – “Amsterdam Arena”da keçirilməsinə qərar verilib. Bu, UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunub. Həmin stadion Hollandiyanın ən məşhur klubu olan, Çempionlar Liqasını, UEFA kubokunu qazanan “Ayaks”ındır.
2013-cü ildə UEFA Superkubokunun keçiriləcəyi məkan da bəlli olub. Bu, Çexiyanın paytaxtı Praqadakı “Eden” stadionu olacaq. Beləliklə, UEFA Superkubokunda uzun müddətlik ənənə qırılır. Belə ki, 1998-ci ildən etibarən həmin görüş yalnız Monako şəhərindəki “Lui II” stadionu keçirilirdi.
Qeyd edək ki, iyulda startı veriləcək və “Neftçi”nin də qatılacağı ÇL-də növbəti mövsümün finalı Almaniyanın Münhen şəhərində olacaq. Mayın 19-da keçirilməli olan görüş “Bavariya”nın stadionu “Alliants Arena”da baş tutacaq. İyunun 30-da başlayacaq 41-ci, Avroliqa adı ilə 3-cü turnirin finalı Rumıniya paytaxtı Buxarestdə keçiriləcək. Bu, “Nasional” stadionunda olacaq və ölkəmizi Avroliqanın növbəti mövsümündə təmsil edən “Qarabağ”, AZAL, “Xəzər Lənkəran” klubları yaxında mübarizəyə başlayacaq.

0
0