3 gün hazırlıq keçib, çempion oldular
17.06.2011 - 09:30
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Bakıda keçirilən “Caspian Cup” turniri Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı tərəfindən də işıqlandırılıb. Apasport.az saytının məlumatına görə, türkiyəlilər yarışda qalib gələn U-16 yığmalarının uğuruna da biganə qalmayıblar. TFF-in rəsmi saytı 17 yaşlılar arasında ən ayxşı olan 16 yaşlıların baş məşqçisi Tahir Karapinardan açıqlama da dərc edib.
Mütəxəssis Azərbaycana debütantlarla gəldiyini açıqlayıb: “Heyətimizin 10 üzvü ilk dəfə milli forma geydi. Biz onları “Coca-Cola” liqalarından və il boyu təşkil olunan regional yarışlardan yığmışdıq. Cəmi 3 gün hazırlıq keçib turnirə qatıldıq. Buna baxmayaraq çox yaxşı komanda təsiri bağışlayıb mübarizə apardıq. Futbolçularımız isə gözlədiyimizdən də yaxşı oynadı. Türk xalqına yaşatdıqları qürur və ürəklə mübarizə apardıqlarına görə futbolçularıma minnətdaram”.

0
0