Zeynal Məmmədov: İnanırıq ki, 4-5 ilə istəyimizə çatacağıq
17.06.2011 - 09:37
“Ötən mövsüm bizim üçün Avroliqadakı uğursuzluqla başladı və bu uğursuzluq çempionatda da davam etdi”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
O, klubunun rəsmi saytına açıqlamasında ötən mövsümə nəzər salıb: “Avroliqada hər iki oyunda qalib gəlməyimizə baxmayaraq, mərhələ adlaya bilmədik və bu komandaya pis təsir etdi. Bunun ardından çempionat oyunları başladı. Mövsümə alman baş məşqçi Vinfrid Şaferlə başladıq və onun qarşısına minimum olaraq Avroliqaya vəsiqə qazanmaq vəzifəsini qoyuldu. Ancaq buna nail olmadıq”.
Məmmədovun sözlərinə görə, bu lazımı nəticəni qazanmadıqları üçün tək baş məşqçi Şaferi günahlandırmaq düzgün deyil: “Bu uğursuzluqda tək məşqçini günahlandırmaq olmaz, burada rəhbərlikdən futbolçulara qədər hamımızın günahı var.
Yeni mövsümdən tam fərqli “Bakı” görəcəksiniz. Mövsümə gənc futbolçuların əsas komandaya cəlb olunması ilə start verdik. Baş məşqçimizin istəyi ilə əvəzedici komandanın 5 futbolçusu əsas komandaya gətirilib. Bundan əlavə milli komandamızın üzvü Elvin Məmmədovu və gənc futbolçu Novruz Məmmədovu komandanın heyətinə cəlb etdik”.
Vitse-prezident bildirib ki, növbəti illərdə klubda legionerlərin sayının azadılmasını planlaşdırır: “İnfrastruktur baxımından önəmli addım atdıq. Klubun bazası tikilib, istifadəyə verilib. Əsas məqsəd burada yaxşı futbolçular yetişdirməkdir. İstəyimiz budur ki, gələcəkdə əsas komandada 2-3 legioner oynasın. Qalan futbolçular isə öz yetirmələrimiz olsun. 3-4 ildir ki, bu istiqamətdə işlər aparırıq və inanırıq ki, 4-5 il ərzində istəyimizə çatacağıq. Bu məqsədlə gərək öz yetirmələrimizə gənclərə inanaq, onlara oyunlarda şans verək”.
Məmmədov yeni mövsümdə uğursuzluğu yaddan çıxarıb, irəli baxmağın vacibliyini bildirib: “Yeni mövsümdə uğursuzluğu yaddan çıxarıb, irəli baxmalıyıq. “Bakı”nın böyük perspektivləri var və biz gələcəyin komandasını qururuq. “Bakı” gələcəyi fikirləşir və uşaq futboluna böyük diqqət ayrılır. Gələcəkdə hər istiqamətdə uğurlu olması üçün indidən işlərimizi düzgün qurmalıyıq”.

0
0