Yığmamızın rəqibinə gözlənilməz zərbə - VİDEO
18.06.2011 - 09:46
21 yaşadək futbolçular arasında Avro-2013-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İngiltərə yığmasının məşqində kuryoz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Avro-2011-in final mərhələsinin son qrup oyununa hazırlaşan britaniyalılar canfəşanlıqla məşq keçir. Bundan əziyyət çəkən isə Ceyson Stil olub. O, başına gözlənilməz zərbə alıb. Zərbənin müəllifi isə komanda yoldaşı Fabris Muamba olub.
0
0