Stiv Olfers: Hədəfimiz Çempionlar Liqasına çıxmaqdır
18.06.2011 - 15:20
“Ötən mövsüm çıxış etdiyim “Qəbələ” klubu ilə yaşadığımıza çox üzüldüm. İlk “altılığ”a düşə bilməməyimiz hamımızı məyus etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun hollandiyalı futbolçusu Stiv Olfers deyib.
29 yaşlı müdafiəçi Hollandiya mətbuatına açıqlamasında komandasının iddialarından danışıb: “Mən Azərbaycan çempionatının ikinci “altılığ”ında oynamaq istəmirəm. Əslində heç oynamazdım da. Lakin baş məşqçimiz Toni Adams məni başa saldı ki, ilk mövsüm komandanın formalaşmasına xidmət edirdi. Qarşıdakı mövsümdə isə çempionluq üçün oynayacağıq. Düşünürəm ki, Adamsın komandası bunu bacarar. Məşqçimiz də bu nəticə ilə nəyə qadir olduğunu göstərər”.
Olfers ölkəmizdə oynamağının əsas səbəblərindən biri kimi “Qəbələ”nin iddialarını göstərib: “Qəbələ”ni seçməyimdə maddi məsələlərlə yanaşı, klubun iddialı olması da rol oynamışdı. Bu iddiaları klubun necə stadion inşa etdirməsindən də görmək olar. Hədəfimiz Çempionlar Liqasına çıxmaq, orada oynamaqdır”.

0
0