Türkiyə mətbuatı Azərbaycan çempionunun məşqini bəyəndi
18.06.2011 - 15:26
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu yaxşı formadadır. Apasport.az saytının məlumatına görə, komandanın hazırlıqlarını izləyib, məşqdən reportaj hazırlayan türk həmkarlarımız bu qənaətə gəliblər. Bu gün səhər məşqinə təşrif buyuran CİHAN agentliyinin əməkdaşları “Neftçi”nin liderlərinin formada olmasını xüsusi qeyd edib.
Lakin həmkarlarımız “ağ-qaralar”la bağlı müəyyən yanlışlığa da yol veriblər: Araz Əsədov, Rail Məlikov, Ruslan Abışov, Emil Mpenza kimi aparıcı oyunçuların formada olması diqqətdən yayınmır.
Araz Əsədov adlı futbolçunun olmadığı “Neftçi”nin baş məşqçisi Arif Əsədovla Araz Abdullayevi qarışdıran türkiyəlilər baş məşqçidən də qısa açıqlama alıblar. Lakin bu, daha çox ümumi fikirlər olub. Əsədov komandasının 6 ildən sonra çempion olmasını, Çempionlar Liqasında güclü rəqiblərlə qarşılaşa biləcəklərini, iyunun 26-da Avstriyaya yollanacaqlarını deməklə türkiyəliləri komandası haqda məlumatlandırıb.

0
0