Əvvəl “Neftçi”, sonra “İnter”
19.06.2011 - 17:46
Azərbaycan Premyer Liqasının 2 klubu Türkiyədəki təlim-məşq toplanışında eyni rəqiblə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Ukraynanın “Metallurq” (Zaporojye) klubu hazırki və sabiq Azərbaycan çempionlarını sınağa çəkəcək. Belə ki, oyunun 21-də “Neftçi” ilə üz-üzə gələcək “Metallurq” “İnter”lə də görüşəcək. Bu matç iyunun 29-da baş tutacaq.
0
0