Yığmamızın rəqibi “başsız” qaldı
19.06.2011 - 18:08
Makedoniya milli komandası baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsindəki nəticələrdən narazı qalan Makedoniya Futbol Federasiyası Mirsad Yonuzun istefa ərizəsini qəbul edərək onu vəzifəsindən azad edib. Qərar verilərkən mütəxəssisin müqavilənin şərtlərinə əməl etməməsi də əsas götürülüb.
Qeyd edək ki, Makedoniya yığması 2 aydan sonra Azərbaycan milli komandası ilə yoldaşlıq oyununda görüşəcək. Bu görüş cari ilin avqustun 10-da Bakıda keçiriləcək. Yobuzun Makedoniya yığmasının son matçlarında heyətə çağırılan 3 futbolçusu Azərbaycan çempionatında çıxış edirlər. Az əvvəl “Neftçi” ilə ölkə çempionu olan İqor Mitreski və Slavko Gerorgiyevski, həmçinin artıq sabiq “İnter”li Filip Despotovski Makedoniya yığmasının üzvləri sayılır.

0
0